Bank Of Baku

«Texnikabank» son bir ildə mənfəətini 80% artırıb

«Texnikabank» son bir ildə mənfəətini 80% artırıb
# 24 dekabr 2008 09:15 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Texnikabank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2008-ci ilin dekabr ayının 1-nə 395,5 mln. manat təşkil edib ki, bu da cari ilin əvvəlinə olan analoji göstərici ilə müqayisədə 28,8% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə kredit portfeli 31,4% artaraq 302,929 mln. manata, depozit portfeli isə 9% azalaraq 148,419 mln. manata çatıb.
Bankın xarici borclanmasının öhdəliklərdə payı cəmi 13% təşkil etdiyindən, dünya maliyyə böhranının təsiri minimaldır. Bankın son bir il ərzində əldə etdiyi mənfəətin həcmi 79,3% artaraq 20,9 mln. manat olub. Həmçinin, ROA əmsalı (mənfəətin aktivlərə nisbəti) 5,4%, ROE əmsalı (mənfəətin kapitala nisbəti) isə 46,1% təşkil edib.
Qeyd edək ki, bu müddət ərzində bankın məcmu kapitalı 56% artaraq 58,240 mln. manata, o cümlədən nizamnamə kapitalı 52,9% artaraq 26,912 mln. manata çatıb. Bu ilin yanvar-noyabr aylarında bankın gəlirləri 93,6% artaraq 71,051 mln. manat, xərcləri isə 2 dəfə artaraq 50,142 mln. manat təşkil edib.
Xatırladaq ki, Azərbaycanın ən iri banklarından olan «Texnikabank» SKB 1993-cü ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 35 filialı, 2 xidmət və 3 mübadilə şöbəsi var. Bu ilin dekabr ayının 1-nə bankın işçilərinin sayı 576 nəfər təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR