Bank Of Baku

Azərbaycanda əhalinin bank əmanətləri üzrə artım bərpa olunub

Azərbaycanda əhalinin bank əmanətləri üzrə artım bərpa olunub
# 24 dekabr 2008 09:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən banklarda əhalinin yerləşdirdiyi əmanətlərin həcmi son bir ildə 32,2% artaraq 2008-ci ilin dekabr ayının 1-nə 1 808 mln. manat təşkil edib.
Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, cari ilin əvvəlindən əhalinin əmanətləri 339,6 mln. manat və ya 23,1% artıb. Qeyd edək ki, əmanətlərin həcmi oktyabrda müşahidə olunan azalmadan (-5%) sonra noyabrda yenidən artmağa başlayıb. Belə ki, noyabrda əhalinin əmanətləri 14 mln. manat və ya 0,8% artıb.
Oktyabrda baş verən azalma AMB tərəfindən bank kreditləşməsinin məhdudlaşması ilə izah olunub. Yəni, kreditləşmə məhdudlaşandan sonra bəzi iri əmanətçilər öz sahibkarlıq fəaliyyəti üçün bank əmanətlərindən istifadə etməli olublar. Hətta bu prosesin davam edəcəyini proqnozlaşdırmaq olardı, çünki kreditləşmədəki məhdudiyyətlər hələ də aradan qaldırılmayıb. Lakin göründüyü kimi, ya bu proses dayanıb, ya da əhali tərəfindən yeni əmanətlərin yerləşdirilməsi banklardan çıxarılan vəsaitin həcmini üstələyib.
Ümumilikdə, əmanətlərin son iki il ərzində dinamikası kəskin artımın olduğunu göstərir:



Göründüyü kimi, ötən ilin əvvəlindən əhalinin əmanətləri 2,2 dəfə artıb.
Dünya praktikasında banklarda yerləşdirilən əhalinin əmanətlərinin dinamikası bank sisteminin sağlamlığını əks etdirən əsas göstəricilərindən biridir. Hazırda yaşanan dünya maliyyə böhranı şəraitində bir sıra ölkə, o cümlədən inkişaf etmiş dövlətlərdə əmanətlərin geri çağırılması müşahidə olunur ki, bu da bankların mövcud problemlərini daha da kəskinləşdirir. Azərbaycanda əmanətlərin artım prosesinin bərpası ümumi bank sektoru üçün müsbət amil kimi qiymətləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR