Bank Of Baku

Azərbaycan banklarının məcmu kapitalı ilin əvvəlindən 41% artıb

Azərbaycan banklarının məcmu kapitalı ilin əvvəlindən 41% artıb
# 24 dekabr 2008 10:13 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank təşkilatları üzrə məcmu kapitalın həcmi 2008-ci ilin dekabr ayının 1-nə 1 424 mln. manat təşkil edib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, bu göstəricinin illik artımı 50%-ə bərabərdir. Eyni zamanda, cari ilin əvvəlindən bankların məcmu kapitalı 414,9 mln. manat və ya 41,1% artıb.
Beləliklə, cari ildə məcmu kapitalın orta aylıq artımı 37,7 mln. manat təşkil etdiyi halda, noyabrda bu göstəricinin artımı 13,5 mln. manata bərabər olub.
Qeyd edək ki, Azərbaycan bank sistemi üzrə (AMB istisna olmaqla) məcmu kapitalın bank passivlərində payı dekabrın 1-nə 14,4% təşkil edib. Cari ilin əvvəlində bu göstərici 15%, ötən ilin əvvəlində isə 16%-ə bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR