Bank Of Baku

«FINCA Azerbaijan» ilin əvvəlindən kredit portfelini 53% genişləndirib

«FINCA Azerbaijan» ilin əvvəlindən kredit portfelini 53% genişləndirib
# 24 dekabr 2008 12:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «FINCA Azerbaijan» qeyri-bank kredit təşkilatının kredit portfelinin həcmi 2008-ci ilin dekabr ayının 1-nə 67,590 mln. ABŞ dolları təşkil edib ki, bu da cari ilin əvvəli ilə müqayisədə 52,6% çoxdur.
Təşkilatın xüsusi layihələr üzrə əlaqələndiricisi Zaur Nurməmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, kreditlərin 34,024 mln. dolları qruplar üzrə, 33,566 mln. dolları isə fərdi qaydada verilib.
Z.Nurməmmədov bildirib ki, ilin əvvəli ilə müqayisədə qruplar üzrə kreditləşmə 49,1%, fərdi qaydada isə 56,4% genişləndirilib.
Yanvar-noyabr aylarında «FINCA Azerbaijan»ın müştərilərinin sayı 14,5% artaraq 85 036-a çatıb ki, bunun da 64 007 nəfəri qrup, 21 029-u isə fərdi müştərilərdir.
Qeyd edək ki, noyabr ayında təşkilat tərəfindən 8,312 mln. dollar həcmində kredit verilib. Bunun 4,582 mln. dolları qrup kreditləri, 3,730 mln. dolları isə fərdi kreditlər üzrə maliyyələşdirilib.
Xatırladaq ki, «FINCA Azerbaijan» qeyri-bank təşkilatı kreditləri həmrəy kredit qrupları üzrə aylıq 2,5-3%, kənd kredit qrupları üzrə 3,5%, fərdi qaydada isə 2-3%-lə verir.
Təsisçisi ABŞ-ın «FINCA İnternational» təşkilatı olan «FINCA Azerbaijan» qeyri-bank kredit təşkilatı Azərbaycanda 1998-ci ildən fəaliyyət göstərir. Cari ilin dekabr ayının 1-nə qurumun nizamnamə kapitalı 5 min dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR