Bank Of Baku

Azərbaycanda bank kreditləşməsi xeyli zəifləyib

Azərbaycanda bank kreditləşməsi xeyli zəifləyib
# 24 dekabr 2008 12:49 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların məcmu kredit qoyuluşlarının həcmi 2008-ci ilin dekabr ayının 1-nə 6 680,7 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 58,6% çoxdur.
Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, ilin əvvəlindən bankların kredit qoyuluşları 46,7% artıb. Ümumilikdə, son illər kredit qoyuluşlarının artımı müşahidə olunur:


Göründüyü kimi, son iki ayda kredit qoyuluşlarının artım tempi azalıb. Qeyd edək ki, cari ildə kredit qoyuluşlarının orta aylıq artımı 193,4 mln. manat təşkil etdiyi halda, oktyabrda bu göstərici 77,7 mln. manat, noyabrda isə 158 mln. manat olub. Kredit qoyuluşlarının artım tempinin azalması hazırkı vəziyyətdə təbii haldır, çünki Azərbaycan kommersiya bankları kreditləşməni məhdudlaşdırıb və kreditləşdirmə prosesinin şərtləri sərtləşdirilib. O cümlədən, əksər banklar istehlak kreditlərini tamamilə dayandırıb. Belə olan şəraitdə bank sistemi üzrə məcmu kredit portfelinin azalması gözləniləndir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR