Bank Of Baku

Dünya maliyyə böhranı Azərbaycanda pensiyaların ödənilməsində problem yaratmayacaq

Dünya maliyyə böhranı Azərbaycanda pensiyaların ödənilməsində problem yaratmayacaq
# 24 dekabr 2008 13:01 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Dünyada baş verən maliyyə böhranı 2009-cu ildə Azərbaycanda pensiyaların maliyyələşdirilməsində problem yaratmayacaq. «APA-Economics»in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib.
S.Müslümovun sözlərinə görə, baş verən proseslərin qeyri-büdcə sektorundan fonda ödənilən sosial sığorta vəsaitlərinin həcminə təsiri gözlənilir: «DSMF-nin büdcəsində qeyri-büdcə sektorundan sosial sığorta daxilolmaları 36,4% nəzərdə tutulur. Belə olan təqdirdə proqnozlara yenidən baxıla bilər. Biz ödənişləri təmin etmək üçün gələn il inzibati və administrativ metodlardan da istifadə edəcəyik».
S.Müslümov qeyd edib ki, MDB Sosial Müdafiə Fondları Assosiasiyasının bu günə olan məlumatına görə, milli valyutaların məzənnəsinin dollara nisbətdə düşməsi nəticəsində Rusiyada minimum pensiyaların məbləği 63, Ukraynada 80, Qazaxıstanda isə 105,5 dollara düşüb. Azərbaycanda isə manatın məzənnəsinin möhkəmlənməsi nəticəsində minimum pensiya 93,4 dollara qalxıb.
Hazırda Azərbaycan minimum pensiyanın məbləğinə görə postsovet respublikaları arasında Litva, Estoniya və Qazaxıstandan sonra dördüncü yerdə dayanır. Ermənistanda isə minimal pensiya 22 dollardır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR