Bank Of Baku

Azərbaycanla Dünya Bankı arasında 300 mln. dollarlıq kredit sazişi imzalanıb

Azərbaycanla Dünya Bankı arasında 300 mln. dollarlıq kredit sazişi imzalanıb
# 25 dekabr 2008 07:05 (UTC +04:00)
DB-nın Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, əlavə vəsaitin həcmi 300 mln. ABŞ dolları təşkil edir. Kredit sazişi Azərbaycanın maliyyə naziri Samir Şərifov və DB-nın Azərbaycan nümayəndəliyinin rəhbəri Qreqori Yedjeyçak tərəfindən imzalanıb.
Bundan başqa, DB ilə «Azəryolservis» ASC arasında bu layihənin icrasına dair saziş imzalanıb.
Qeyd edək ki, «Azərbaycanda magistral avtomobil yollarının yenidən qurulması - II» layihəsi üçün Azərbaycan hökumətinə DB tərəfindən artıq 200 mln. dollar məbləğində kredit ayrılıb. Layihəyə Ələt-Masallı, Kürdəmir-Ucar, Bakı-Şamaxı avtomobil yollarının yenidən qurulması və H.Z.Tağıyev qəsəbəsindən Sahil qəsəbəsinədək avtomobil yolunun tikintisi komponentləri daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR