Bank Of Baku

AGBI indeksi 1,0003, ANBDI indeksi isə 1,0667 təşkil edib

AGBI indeksi 1,0003, ANBDI indeksi isə 1,0667 təşkil edib
# 25 dekabr 2008 07:13 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət qısamüddətli istiqrazlar (DQİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 2008-ci ilin dekabr ayının 25-nə 0,0053 bənd və ya 0,53% artaraq 1,0003 təşkil edib.
«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Milli Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ANBDI (Azerbaijan National Banks Debts Index) indeksi 0,0666 bənd və ya 6,66% artaraq 1,0667 təşkil edib.
AGBI indeksinin artması gündəlik korrektə çərçivəsində baş verib. ANBDI indeksinin artması isə dekabrın 24-də 50104719S seriyasından olan 30 mln. manat həcmində not buraxılışının dövriyyədən çıxarılması, əvəzində 40 mln. manat həcmində 50105119S seriyalı notların dövriyyəyə buraxılması səbəbindən baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR