Bank Of Baku

İranda İqtisadi Əməkdaşlıq Təşkilatının nazirlər toplantısı keçirilib

İranda İqtisadi Əməkdaşlıq Təşkilatının nazirlər toplantısı keçirilib
# 25 dekabr 2008 07:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Tehranda (İran) İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) üzv dövlətlərinin Maliyyə/İqtisadiyyat Nazirlərinin III iclası keçirilib.
Azərbaycan Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, iclasda ölkəmizi maliyyə naziri Samir Şərifovun başçılığı etdiyi nümayəndə heyəti təmsil edib. Toplantının gündəliyində İƏT-in Ticarət və İnkişaf Bankının, Təkrar Sığorta Şirkətinin yaradılması və fəaliyyəti, korrupsiya və çirkli pulların yuyulmasına qarşı mübarizə, səmərəli investisiya mühiti və kapitalın azad hərəkəti perspektivləri kimi məsələlərin müzakirəsi, həmçinin qlobal maliyyə böhranı, onun İƏT-in üzv dövlətlərinin iqtisadiyyatına təsiri və bununla bağlı ümumi strategiya ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 1985-ci ildə yaradılan və hazırda özündə 10 ölkəni (Azərbaycan, Türkiyə, İran, Pakistan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan) birləşdirən İƏT-in əsas məqsədi üzv-dövlətlərin birgə əməkdaşlığı ilə regionun iqtisadi, sosial, mədəni və digər sahələrini inkişaf etdirməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR