Bank Of Baku

Azərbaycan banklarının aktivlərində kreditlərin xüsusi çəkisi 68%-ə çatıb

Azərbaycan banklarının aktivlərində kreditlərin xüsusi çəkisi 68%-ə çatıb
# 25 dekabr 2008 09:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların məcmu kredit portfelinin məcmu aktivlərdə xüsusi çəkisi 2008-ci ilin dekabrın 1-nə 67,5% təşkil edib. Azərbaycan Milli Bankından (AMB) «APA-Economics»ə verilən məlumat əsasən, bu göstərici il ərzində 1 faiz bəndi artıb. Cari ilin əvvəlində ölkə bank kreditlərinin aktivlərdə xüsusi çəkisi 67,7%, ötən ilin əvvəlində isə 62,7% olub.
Qeyd edək ki, dünya praktikasında bank sistemində kreditlərin aktivlərdə 70% və daha çox paya malik olması bank sektoru üçün təhlükəli səviyyə hesab edilir. Bu, bankların aktiv əməliyyatlarının diversifikasiya olunmadığını və risklərin düzgün idarə edilməyini göstərir. Təhlükə də məhz bank sisteminin kreditləşmədən asılılığının yüksək olması ilə bağlıdır.
Hazırda AMB tərəfindən kommersiya bankları qarşısında kreditləşmə prosesində risklərin idarə edilməsi üzrə ciddi tələblər qoyulub. Bunun nəticəsi olaraq, banklar kreditləşməni məhdudlaşdırır. Qeyd edək ki, noyabr ayında aktivlərin həcmi azalıb, kreditlərin həcmi isə artıb və nəticədə, kreditlərin aktivlərdə xüsusi çəkisi noyabrda 1,9 faiz bəndi yüksəlib.
Ekspertlərin fikrincə, bu sahədə gələcək tendensiyaları proqnozlaşdırmaq çətindir, çünki bir tərəfdən bank kreditlərinin verilməsində hələ də məhdudiyyətlər var, digər tərəfdən aktivlərin digər tərkib hissələri hesabına aktivlərin ümumi azalması yaxın zamanlarda davam edə bilər.
Qeyd edək ki, bu fonda AMB rəhbərliyi banklara kreditləşmə siyasətində köklü dəyişikliklər aparmağı (istehlak kreditlərinin azaldılması, istehsal kreditləşməsinin genişləndirilməsi) tövsiyə edib. Lakin burada risklərin yüksək, rentabelliyin isə aşağı, dövretmə müddətinin böyük olması kimi amilləri nəzərə alaraq, real sektorun kreditləşməsində müxtəlif stimullaşdırıcı tədbirlər olmadan bankların bu cür dəyişikliklərə gedəcəyi inandırıcı deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR