Bank Of Baku

Azərbaycanda üç kredit ittifaqının lisenziyası ləğv olunub

Azərbaycanda üç kredit ittifaqının lisenziyası ləğv olunub
# 25 dekabr 2008 09:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Milli Bankı (AMB) İdarə Heyətinin qərarı ilə «Qayğı» (İmişli), «Turan» (Şəmkir) və «Balakən» (Balakən) kredit ittifaqlarına verilmiş lisenziyalar ləğv edilib.
AMB-dən «APA-Economics»ə verilən məlumata görə, ittifaqların lisenziyaları «Kredit ittifaqlarına bank əməliyyatları aparmaq üçün xüsusi razılıq verilməsi Qaydaları»na əsasən hesabatları üzrsüz səbəbdən ardıcıl olaraq iki hesabat tarixinə təqdim etmədiyi və illik audit keçirmədiyinə görə ləğv olunub.
AMB tərəfindən lisenziyaları ləğv edilmiş kredit ittifaqlarına ləğvetmə komissiyasının yaradılması və müvafiq ləğvetmə işlərinin aparılması tapşırılıb.
Azərbaycan Kredit ittifaqları Assosiasiyası İdarə Heyətinin sədri Elçin Bağırovun sözlərinə görə isə, lisenziyaları ləğv edilmiş ittifaqlar qurumun yanvar iclasında üzvlükdən azad ediləcək.
Qeyd edək ki, hazırda Azərbaycanda 75 kredit ittifaqı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR