Bank Of Baku

Asiya İnkişaf Bankı maliyyə açıqlığı layihəsi üzrə Cənubi Qafqaz ölkələrinə qrant ayıracaq

Asiya İnkişaf Bankı maliyyə açıqlığı layihəsi üzrə Cənubi Qafqaz ölkələrinə qrant ayıracaq
# 25 dekabr 2008 10:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Asiya İnkişaf Bankı (AİB) Azərbaycan, Gürcüstan və Ermənistanda maliyyə açıqlığı standartlarının yaxşılaşdırılmasına dair layihəni təsdiqləyib.
AİB-in Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, layihənin ümumi dəyəri 600 min ABŞ dolları təşkil edir. Layihə hər üç ölkənin korporativ və maliyyə sektorlarında uçot standartlarının Beynəlxalq Maliyyə Hesabatlılığı Standartlarına (IFRS) və audit standartlarının Beynəlxalq Audit Standartlarına (ISA) uyğunlaşdırılması istiqamətində işlərə dəstək verəcək. Vəsait ölkələrə qrant şəklində ayrılacaq.
Layihə çərçivəsində gələn ilin aprel-oktyabr ayları ərzində beynəlxalq və yerli məsləhətçilər müəyyənləşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR