Bank Of Baku

Yanvar-noyabr aylarında Azərbaycanda gəlir vergisi üzrə proqnoz 21% kəsirlə icra olunub

Yanvar-noyabr aylarında Azərbaycanda gəlir vergisi üzrə proqnoz 21% kəsirlə icra olunub
# 25 dekabr 2008 12:13 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Vergilər Nazirliyi tərəfindən 5 244 479,5 min manat vergi və tədiyyələr toplanıb. Bu isə müvafiq 11 aylıq proqnozdan 4,2%, 2007-ci ilin müvafiq dövrünün göstəricisindən isə 23,7% çoxdur. Bu barədə «APA-Economics»ə Vergilər Nazirliyindən məlumat verilib.
Hesabat dövründə 1 048 537,5 min manat (proqnozdan 2,1% çox) əlavə dəyər vergisi, 2 728 469,2 min manat (+15,2%) mənfəət vergisi, 124 651 min manat (+0,1%) mədən vergisi, 29 695,4 min manat (+8,3%) torpaq vergisi, 101 341,6 min manat (+1,1%) əmlak vergisi, 59 431,2 min manat (+2,7%) sadələşdirilmiş vergi, 24 114,6 min manat (+0,8%) yol vergisi, 55 203,7 min manat (+14,9%) dövlət rüsumu, 213 140,9 min manat (+6,6%) sair daxilolmalar toplanıb.
Yanvar-noyabr ayları ərzində fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar 570 298,5 min manat, aksizlər üzrə daxilolmalar 289 595,9 min manat, dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən icarə haqları isə 1 140 min manat təşkil edib. Bu vergi və tədiyyələr üzrə proqnoz müvafiq olaraq -21,1%, -12,7% və -58,4% kəsirlə icra olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR