Bank Of Baku

İslam İnkişaf Bankının Azərbaycanа sərmayələri son bir ildə 84% artırıb

İslam İnkişaf Bankının Azərbaycanа sərmayələri son bir ildə 84% artırıb
# 25 dekabr 2008 12:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində İslam İnkişaf Bankı (IDB) tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyaların həcmi 9 505,6 min manat təşkil edib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, IDB tərəfindən yatırılan investisiyanın həcmi ötən ilin müvafiq dövrünə nisbətən 84,1% artıb. Hesabat dövründə xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş xarici investisiyanın həcmində IDB-nin investisiyalarının xüsusi çəkisi 0,5% təşkil edib.
Qeyd edək ki, Azərbaycan 1992-ci ildən IDB-nin üzvüdür. Bu müddət ərzində Bank Azərbaycanda 30-a yaxın layihənin icrası üçün 250 mln. ABŞ dollarından artıq vəsait ayırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR