Bank Of Baku

«Azərbaycan Sənaye Bankı» iki yeni filial açacaq

«Azərbaycan Sənaye Bankı» iki yeni filial açacaq
# 25 dekabr 2008 14:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «Azərbaycan Sənaye Bankı» (ASB) gələn ilin yanvar ayında Bakı şəhərində iki yeni filial açacaq.
Bankın İdarə Heyətinin sədr müavini Həsən Bədəlovun «APA-Economics»ə verdiyi məlumata görə, filialların biri paytaxtın Mətbuat prospektində, digəri isə R.Behbudov küçəsində açılacaq. Hər iki filialın fəaliyyətinə icazə üçün bütün təsis sənədləri Azərbaycan Milli Bankına təqdim edilib.
Qeyd edək ki, hazırda bankın respublika üzrə 5 filialı fəaliyyət göstərir.
Xatırladaq ki, «Azərbaycan Sənaye Bankı» 1996-cı ildən «CIBank» ASC kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 75,541 mln. manat, kredit portfeli 33,671 mln. manat, depozit portfeli 31,731 mln. manat, məcmu kapitalı 17,730 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,8 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR