Bank Of Baku

«UniBank» plastik kartların satışından və onlara xidmətlərdən əldə edilən gəlirini 41% artırıb

«UniBank» plastik kartların satışından və onlara xidmətlərdən əldə edilən gəlirini 41% artırıb
# 25 dekabr 2008 14:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «UniBank» Səhmdar Kommersiya Bankı (SKB) 2008-ci ilin yanvar-noyabr aylarında plastik kartların satışı və onlara göstərilən xidmətlərdən 615 min manat həcmində gəlir əldə edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 41,3% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yanvar-noyabr aylarında kredit kartlarına hesablanan faizlər üzrə banka 1,173 mln. manat ödənilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 64% çoxdur.
Qeyd edək ki, bankın emissiya etdiyi aktiv plastik kartların sayı dekabrın 1-nə 15 205 ədəd təşkil edib.
Xatırladaq ki, «UniBank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 467,235 mln. manat, kredit portfeli 347,932 mln. manat, depozit portfeli 111,902 mln. manat, məcmu kapitalı 64,129 mln. manat, o cümlədən nizamnamə kapitalı 15 mln. manat olub. Hazırda bankın respublika üzrə 22 filialı, 22 mübadilə məntəqəsi, 56 bankomatı və 235 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR