Bank Of Baku

«Azərdəmiryolbank» ilk dəfə «SIFEM AG»dən kredit cəlb edib

«Azərdəmiryolbank» ilk dəfə «SIFEM AG»dən kredit cəlb edib
# 26 dekabr 2008 06:37 (UTC +04:00)
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, tərəflər arasında bağlanmış sazişə əsasən, «SIFEM AG» Azərbaycan bankına 7 mln. ABŞ dolları həcmində krediti ilk 2 ili güzəştli olmaqla 5 il müddətinə ayırıb. Vəsaitlər ölkədə mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə sərf ediləcək.
Bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarovun sözlərinə görə, qlobal iqtisadi böhran şəraitində «SIFEM» ilə əldə olunmuş razılaşma «Azərdəmiryolbank»ın nüfuzu və etibarlılığından xəbər verir: «Alınmış vəsaitlər son zamanlar kreditlərə artmış tələbatı qarşılamağa yardım edəcək və qeyri-neft sahələrində fəaliyyət göstərən müştərilərimizin biznesini dəstəkləyəcək. İmzalanmış sazişin önəmliliyi onunla bağlıdır ki, kredit uzun müddətə ayrılır, bu isə kənd təsərrüfatı, emal və sənaye müəssisələrini maliyyələşdirməyə imkan verir».
Qeyd edək ki, yeni kredit xəttinin istifadəsinə artıq başlanılıb və bank bir sıra sifarişi nəzərdən keçirərək təsdiqləyib.
Xatırladaq ki, «Azərdəmiryolbank» SKB 1989-cu ildə təsis edilib. Bankın səhmlərinin «25%+1 səhm» hissəsi Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 10%-i Hollandiya Maliyyə İnkişaf Təşkilatına (FMO), 10%-i hüquqi şəxslərə, qalanı isə fiziki şəxslərə məxsusdur. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 226,6 mln. manat, kredit portfeli 171,7 mln. manat, depozit portfeli 63,91 mln. manat, məcmu kapitalı 34,13 mln. manat, o cümlədən nizamnamə kapitalı 13,4 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR