Bank Of Baku

HSBC: Dünya maliyyə böhranı gələn il də davam edəcək

HSBC: Dünya maliyyə böhranı gələn il də davam edəcək
# 26 dekabr 2008 08:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dünya iqtisadi böhranı nəticəsində dünya ÜDM-in 2009-cu ildə dinamikası mənfi 0,1% təşkil edəcək. «APA-Economics»in məlumatına görə, HSBC bankının iqtisadçıları belə qənaətə gəliblər.
Bankın ekspertləri hesab edirlər ki, 2008-ci ildə iqtisadi böhran bir sıra inkişaf etmiş ölkələrdə müvəqqəti çətinlik kimi qəbul olunurdusa, hazırda bütün iqtisadçılar bu böhranın dünya iqtisadiyyatının tarixində ən ciddi və mürəkkəb proses kimi qiymətləndirirlər.
HSBC-nin araşdırmalarına əsasən, hazırda maliyyə sisteminə olan etibarlıq heçə enib, dünyada yüksək borc yükü, likvidlik çatışmazlığı, inkişaf etmiş və inkişafda olan ölkələrin real sektorunda enmə, əmək bazarlarında ciddi problemlər müşahidə olunur. Bundan başqa, əksər ölkələr deflyasiya təhlükəsi ilə üzləşib.
Bankın ekspertlərinin proqnozlarına görə, gələn ilin ortalarına kimi inkişaf etmiş ölkələrin mərkəzi banklarının baza faiz dərəcələri sıfıra enə bilər ki, bu da maliyyə bazarlarını standart üsullarla tənzimlənməsi imkanlarını xeyli məhdudlaşdıracaq və hökumətlər digər vasitələrə əl atmaq məcburiyyətində qalacaq. Proqnozda deyilir ki, hazırkı qeyri-müəyyənlik fnunda böhranın nə vaxt başa çatacağını proqnozlaşdırmaq olduqca çətindir. Dünya iqtisadiyyatının gələcəyi maliyyə sektorunda və istehsalatda yaranan vəziyyətdən asılı olacaq. Eyni zamanda, HSBC-nin mütəxəssisləri hər hansı investisiya tövsiyələrini verməkdən çəkinərək qeyd edirlər ki, həm səhm, həm də istiqraz bazarlarında gələn il nəzərə çarpan artım dinamikası müşahidə olunmayacaq. Həmçinin, HSBC 2009-cu ildə dünyada qiymət-məzənnə anomaliyalarının qeydə alıncağını vurğulayır: ABŞ hökuməti tərəfindən pul kütləsinin artırılması davam edərsə, dolların avroya qarşı ucuzlaşması davam edəcək. Nəticədə, gələn il kapitalın miqrasiyasının miqyası cari ilin III-IV rüblərində olduğu kimi kütləvi xarakteri alacaq.
Qeyd edək ki, ümumilikdə dünyada böhrana qarşı monetar tədbirlərin effektivsizliyi böhranın davamlığına şərait yaradır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR