Bank Of Baku

Azərbaycan Banklar Assosiasiyası ipoteka qanunvericiliyinə dəyişikliklərlə bağlı təkliflərin son variantına gələn ilin əvvəlində baxacaq

Azərbaycan Banklar Assosiasiyası ipoteka qanunvericiliyinə dəyişikliklərlə bağlı təkliflərin son variantına gələn ilin əvvəlində baxacaq
# 26 dekabr 2008 10:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Banklar Assosiasiyasının (ABA) «İpoteka haqqında» qanuna dəyişikliklərlə bağlı hazırladığı təkliklərin yekun variantına qurumun Rəyasət Heyətinin 2009-cu ilin yanvar-fevral aylarında keçiriləcək iclasında baxılacaq.
ABA-nın icraçı direktoru Fərhad Əliyevin «APA-Economics»ə verdiyi məlumata görə, ipoteka qanunvericiliyi ilə bağlı layihəyə üzv banklar tərəfindən artıq rəy və təkliflər verilib: «Bu prosesdə bütün banklar fəal iştirak edib. Artıq proses yekunlaşıb və layihəyə yekun rəy ABA-nın Rəyasət Heyətinin yanvar-fevral aylarında keçiriləcək iclasında veriləcək».
Qeyd edək ki, ipoteka qanunvericiliyi ilə bağlı təkliflər ABA-nın hüquqi məsələlər üzrə ekspert qrupunun nəzdində yaradılan ipoteka qanunvericiliyinin təkmilləşdirilməsi üzrə işçi qrupu tərəfindən hazırlanıb. Sənəd tam hazır olmadığı üçün F.Əliyev təkliflərin mahiyyəti ilə bağlı ətraflı məlumat verməsə də, bunların əsasən mövcud ipoteka kreditləşməsi şərtlərinin yumşaldılmasına istiqamətləndiyini vurğulayıb.
Xatırladaq ki, ABA 1990-cı ilin mart ayından fəaliyyət göstərir. İndiyədək quruma 44 bank və 4 qeyri-bank təşkilatı üzv olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR