Bank Of Baku

«Standard İnsurance» sığorta şirkətinin maliyyə göstəriciləri azalır

«Standard İnsurance» sığorta şirkətinin maliyyə göstəriciləri azalır
# 26 dekabr 2008 10:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Standard İnsurance» sığorta şirkətinin 2008-ci il ərzində sığorta daxilolmalarının həcmi 13,9 mln. manat təşkil edəcəyi gözlənilir ki, bu da 2007-ci ilin yekunları ilə müqayisədə 1,4% azdır.
Şirkətin İdarə Heyətinin sədr müavini Fuad Quliyevin «APA-Economics»ə verdiyi məlumata görə, bu il ərzində şirkətin sığorta riskləri üzrə ödənişlərinin həcmi 40% artaraq 4 mln. manat çatacağı proqnozlaşdırılır. «Bu il ərzində şirkətin əldə edəcəyi mənfəətin həcmində də azalma müşahidə olunur. Belə ki, ilin sonuna gözlənilən mənfəət 2007-ci ilin faktiki göstəricisinə nisbətən 2 dəfə azalaraq 1,5 mln. manat olacaq», - deyə F.Quliyev bildirib.
Xatırladaq ki, təsisçisi «AB Standard» Şirkətlər Qrupu olan «Standard İnsurance» şirkəti 2002-ci ildən fəaliyyət göstərir. Cari ilin dekabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 8 mln. manatdır. Hazırda şirkət 4 icbari və 20 könüllü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR