Bank Of Baku

«Bələdiyyə ilə ictimaiyyət münasibətlərinin vəkilliyi» layihəsi çərçivəsində jurnalistlər arasında keçirilən müsabiqənin qalibləri müəyyənləşib

«Bələdiyyə ilə ictimaiyyət münasibətlərinin vəkilliyi» layihəsi çərçivəsində jurnalistlər arasında keçirilən müsabiqənin qalibləri müəyyənləşib
# 26 dekabr 2008 13:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti hesabına «İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək» İctimai Birliyinin həyata keçirdiyi «Bələdiyyə ilə ictimaiyyət münasibətlərinin vəkilliyi» layihəsi çərçivəsində jurnalistlər arasında keçirilən müsabiqənin qalibləri elan olunub.
İctimai Birlikdən «APA-Economics»ə verilən məlumata görə, «Bələdiyyə və ictimaiyyət münasibətləri» adlı müsabiqə bir ay ərzində davam edib və müsabiqəyə təqdim olunan yazılara qiymət verilib. Münsiflər heyətinin qərarına əsasən, «Reytinq» qəzetində dərc olunan «Bələdiyyələr və onların səlahiyyətləri» yazısına görə bu qəzetin redaktoru Seymur Verdizadə I yerə, «Səs» qəzetində dərc olunan «Qiymətli kağızlar bazarının inkişafı bələdiyyələrin bu bazarda aktiv iştirakçıya çevrilməsinə imkan yaradır» yazısına görə «Yeni Azərbaycan» qəzetinin müxbiri Elbrus Cəfərov II yerə layiq görülüb. Qaliblər tutduqları yerlərə uyğun müvafiq olaraq 200 manat və 100 manat məbləğində mükafat alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR