Bank Of Baku

Monitorinq qrupu: Azərbaycanda KİV bələdiyyələrə az diqqət yetirir

Monitorinq qrupu: Azərbaycanda KİV bələdiyyələrə az diqqət yetirir
# 26 dekabr 2008 13:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti hesabına «İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək» İctimai Birliyinin həyata keçirdiyi «Bələdiyyə ilə ictimaiyyət münasibətlərinin vəkilliyi» layihəsi çərçivəsində gündəlik nəşr olunan 15 qəzet üzrə aparılan monitorinq başa çatdırılıb.
İctimai Birlikdən «APA-Economics»ə verilən məlumata görə, KİV-də bələdiyyə mövzusuna münasibəti öyrənmək üçün 100 gün ərzində davam edən monitorinqdə bələdiyyə institutunun ayrı-ayrı sahələrinə olan diqqət izlənilib. «Azərbaycan», «Yeni Azərbaycan», «Xalq qəzeti», «Palitra», «Olaylar», «Ekspress», «Kaspi», «İki sahil», «Yeni Müsavat», «Azadlıq», «Exo», «Zerkalo», «Azerbaydjanskie İzvestiya», «Novoye Vremya», «Kaspiy» qəzetlərində «Bələdiyyə qanunvericiliyi», «2009-cu ildə keçiriləcək Bələdiyyə seçkiləri», «Bələdiyyə qurumlarındakı faktlar», «Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının (QBMA) təşkil etdiyi yığıncaq», «Hökumət tərəfindən təşkil olunan «Yerli demokratiya həftəsi» tədbirləri», «Azərbaycan prezidentinin Bələdiyyə torpaqlarının hərraclar və ya müsabiqə yolu ilə satışa çıxarılmasını tənzimləyən qanunun tətbiqinə dair imzaladığı sərəncam» və digər mövzulara toxunulub.
Monitorinq 2008-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr aylarında keçirilib. Ölkədə prezident seçkilərinin keçirilməsinə təsadüf edən ilk 2 ayda (sentyabr, oktyabr) KİV-də bələdiyyə mövzusu digər aylara nisbətdə xeyli aşağı səviyyə olub. Növbəti aylarda isə bu hal nisbətən artıb. Sentyabr ayının üçüncü ongünlüyü və oktyabr ayının sonuna qədər 15 gündəlik qəzetdə ümumilikdə 11 yazı dərc olunub. Burada 3 yazı «Olaylar», 2 yazı «Yeni Müsavat» və «Palitra», «Xalq qəzeti», «Ekspress», «Exo», «Novoye Vremya» qəzetləri isə hərəyə 1 yazı dərc etməklə kifayətlənib. Digər qəzetlərdə isə bələdiyyə mövzusuna aid heç bir material dərc olunmayıb.
Noyabr və dekabr aylarında isə «Azərbaycan» 6, «Yeni Azərbaycan» 5, «Xalq qəzeti» 2, «Palitra» 5, «Olaylar» 4, «Ekspress» 1, «Kaspi» 1, «İki sahil» 1, «Yeni Müsavat» 10, «Azadlıq» 4, «Exo» 4, «Zerkalo» 3, «Azerbaydjanskiye İzvestiya» 1, «Novoye Vremya» 1, «Kaspiy» 2 material dərc edib.
Qeyd edək ki, statistikaya görə Azərbaycanda 2 757 bələdiyyə qurumu fəaliyyət göstərir. Eyni zamanda qarşıdakı ilin bələdiyyə seçkiləri ili olduğunu nəzərə alaraq, ölkə KİV-in özünüidarə institutuna ayırdığı diqqəti qənaətbəxş hesab etmək olmaz.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR