Bank Of Baku

«Royal Bank»ın aktivlərinin bu il 2,4 dəfə artacağı gözlənilir

«Royal Bank»ın aktivlərinin bu il 2,4 dəfə artacağı gözlənilir
# 26 dekabr 2008 14:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Royal Bank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərin həcminin 2009-cu ilin yanvar ayının 1-nə 136 mln. manata çatacağı proqnozlaşdırılır ki, bu da ilin əvvəlinə olan göstərici ilə müqayisədə 2,4 dəfə çoxdur.
Bankın Müşahidə Şurasının üzvü Azər Şahmərdanovun «APA-Economics»ə verdiyi məlumata görə, bu müddət ərzində bankın kredit portfelinin 2,3 dəfə ataraq 78 mln. manata çatacağı gözlənilir.
Xatırladaq ki, əsas təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» SKB 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb və 2003-cü ildə brendini «Royal Bank of Baku»ya, bu yaxınlarda isə «Royal Bank»a dəyişib. Hazırda bankın respublika üzrə 28 filialı, 4 şöbəsi, 3 mübadilə məntəqəsi, 24 bankomatı və 75 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR