Bank Of Baku

«YapıKredi Bank» nizamnamə kapitalını 3 dəfə artırır

«YapıKredi Bank» nizamnamə kapitalını 3 dəfə artırır
# 29 dekabr 2008 06:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «YapıKredi Bank Azerbaijan» Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sənədsiz adlı adi səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.
QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 0,02 manat, sayı 635,67 mln. ədəd, emissiyanın ümumi həcmi isə 12 713 400 manat təşkil edir. Emissiyanın kütləvi təklif üsulu ilə Bakı Fond Birjası (BFB) vasitəsilə yerləşdirilməsi planlaşdırılır.
Birja mütəxəssislərinin fikrincə, «YapıKredi Bank Azerbaijan»ın artıq gələn ilin yanvar ayında səhmlərin yerləşdirilməsinə başlayacağı gözlənilir. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, bankın nizamnamə kapitalı 3 dəfədən çox artaraq 19 062 400 manata çatacaq.
Qeyd edək ki, təsisçisi Türkiyənin «YapıKredi Bank» (80%) və Beynəlxalq Maliyyə Korporasiyası (20%) olan «YapıKredi Bank Azerbaijan» SKB Azərbaycanda 2000-ci ildən fəaliyyət göstərir. Bu ilin oktyabr ayının 1-nə bankın aktivləri 108,775 mln. manat, depozit portfeli 67,459 mln. manat, kredit portfeli 13,259 mln. manat, məcmu kapitalı 22,083 mln. manat, o cümlədən nizamnamə kapitalı 6,349 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR