Bank Of Baku

Azərbaycanda yeni Pivə Zavodunun inşası başa çatır

Azərbaycanda yeni Pivə Zavodunun inşası başa çatır
# 29 dekabr 2008 07:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «UniLeasing» şirkəti «İstehsal avadanlıqlarının təchizatı Layihə»si çərçivəsində Xaçmaz rayonunda tikilən yeni Pivə Zavodunun istehsal avadanlıqları ilə təchizatını başa çatdırmaq üzrədir.
Şirkətin Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, zavodun istehsal və ofis sahələrinin tikintisi tam başa çatdırılıb, hazırda isə gətirilən avadanlıqların quraşdırılması işləri aparılır.
Qeyd edək ki, Pivə Zavodu növbəti ilin birinci rübündə istismara veriləcək. Bu layihə çərçivəsində şirkətin investisiyalarının həcmi 1,5 mln. ABŞ dolları təşkil edir.
Xatırladaq ki, təsisçisi «UniBank» Səhmdar Kommersiya Bankı olan «UniLeasing» şirkəti 2004-cü ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 1,8 mln. manat təşkil edir. Şirkətin Gəncə, Lənkəran, Şəki, Quba və Saatlı nümayəndəlikləri var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR