Bank Of Baku

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsində 624,2 mln. dollarlıq mənfi saldo yaranıb

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsində 624,2 mln. dollarlıq mənfi saldo yaranıb
# 29 dekabr 2008 07:59 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-noyabr aylarında Azərbaycanın uzaq xarici ölkələrlə ticarət dövriyyəsində 41 105 241,4 min ABŞ dolları müsbət, MDB ölkələri ilə ticarət dövriyyəsində 624 170 min dollar dəyərində mənfi saldo yaranıb. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Hesabat dövründə uzaq xarici ölkələrə 45 450 936,9 min dollar, MDB ölkələrinə 1 525 902,6 min dollar dəyərində əmtəə ixrac, eyni zamanda respublikaya uzaq xarici ölkələrdən 4 345 695,5 min dollar, MDB ölkələrindən isə 2 150 072,6 min dollar dəyərində əmtəə idxal olunub.
Qeyd edək ki, hesabat dövründə xarici ticarətlə 12 358 hüquqi və fiziki şəxs məşğul olub. İxrac əməliyyatlarında dövlət sektorunun payı 36,91%, özəl sektorun payı 62,72%, fiziki şəxslərin payı isə 0,37% olub. İdxal əməliyyatlarında isə bu göstərici müvafiq olaraq 24,46%, 70,41% və 5,13% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR