Bank Of Baku

«Nişan Sığorta» şirkəti nizamnamə kapitalını 25% artırır

«Nişan Sığorta» şirkəti nizamnamə kapitalını 25% artırır
# 29 dekabr 2008 08:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Nişan Sığorta» Qapalı Səhmdar Cəmiyyətinin sənədsiz adlı adi səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.
QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 50 manat, sayı 4 min ədəd, emissiyanın ümumi həcmi isə 200 min manat təşkil edib. Emissiyanın kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsilə yerləşdirilməsi planlaşdırılır. Birja mütəxəssislərinin fikrincə, «Nişan Sığorta» QSC artıq gələn ilin yanvar ayında səhmlərin yerləşdirilməsinə başlayacaq. Emissiyanın yerləşdirilməsi uğurla başa çatacağı təqdirdə sığorta şirkətinin nizamnamə kapitalı 25% artaraq 1 mln. manata çatacaq.
Qeyd edək ki, Azərbaycanın «Nişan Sığorta» şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 800 min manat təşkil edib. Şirkət 9 könüllü və 2 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR