Bank Of Baku

Azərbaycanın daha bir sığorta şirkəti ASC-yə çevrilib

Azərbaycanın daha bir sığorta şirkəti ASC-yə çevrilib
# 29 dekabr 2008 11:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Xalq Sığorta» şirkəti hüquqi statusunu hazırkı MMC-dən Açıq Səhmdar Cəmiyyətə (ASC) çevirib.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, hüquqi statusun dəyişdirilməsi bu ilin martında «Sığorta fəaliyyəti haqqında» qanunun müvafiq maddəsinə əsaslanır.
Qeyd edək ki, «Sığorta fəaliyyəti haqqında» qanunun müvafiq maddəsinə əsasən, ölkədə fəaliyyət göstərən bütün sığorta təşkilatları ASC formasında fəaliyyət göstərməlidir. Bununla bağlı, şirkətlərə 2009-cu ilin mart ayının 31-dək vaxt verilib və bu müddət ərzində həmin şirkətlər statusunu ASC-yə dəyişməlidir. Əks halda, sığorta şirkətlərinin lisenziyaları məhdudlaşdırılacaq və onlara 6 ay əlavə vaxt veriləcək. Bu müddət ərzində də şirkət öz öhdəliyini yerinə yetirməzsə, lisenziya ləğv ediləcək.
Xatırladaq ki, ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin yalnız 5-i («A-Group», «Paşa Sığorta», «MBASK», Beynəlxalq Sığorta Şirkəti və «AİG Caspian İnsurance») QSC və MMC statusu ilə fəaliyyət göstərir.
«Xalq Sığorta» şirkəti Azərbaycanın sığorta bazarında 2005-ci ildən fəaliyyət göstərir. Bu ilin dekabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 14,780 mln. manat təşkil edib. Şirkətin Sumqayıt və Gəncə filialları mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR