Bank Of Baku

«Azərdəmiryolbank» İslam İnkişaf Korporasiyasından ikinci kredit tranşı alıb

«Azərdəmiryolbank» İslam İnkişaf Korporasiyasından ikinci kredit tranşı alıb
# 29 dekabr 2008 14:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərdəmiryolbank» Səhmdar Kommersiya Bankı (SKB) İslam İnkişaf Korporasiyasından (İİK) 3 mln. ABŞ dolları həcminə cəlb etdiyi kredit xəttinin 500 min dollarlıq ikinci tranşını alıb.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, 6 il müddətinə cəlb olunan maliyyə vəsaitləri şəriət bankçılığı qaydalarına uyğun istifadə olunmaqla Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinə ayrılacaq. Tütünçülük və şərabçılıqla yanaşı mühafizə, turizm və əmlak sektorları istisna olmaqla, digər sahibkarlıq fəaliyyəti növləri, o cümlədən aqrobiznes, biotexnologiyaların tətbiqi, təhsil, ümumi istehsalat, səhiyyə, informasiya texnologiyaları, multimedia, telekommunikasiya və nəqliyyat sahələrinin inkişafının dəstəklənməsi üçün bu kredit xəttindən istifadə ediləcək.
Qeyd edək ki, kreditin ilk tranşı (500 min dollar) bu ilin sentyabrında ayrılıb və artıq bank bu tranşı tam istifadə edib.
Xatırladaq ki, bankın indiyədək beynəlxalq maliyyə təşkilatlarından cəlb etdiyi kredit resurslarının ümumi həcmi 115 mln. dollara yaxındır.
«Azərdəmiryolbank» ASC 1989-cu ildə təsis edilib. Bankın səhmdarları rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (AYIB) və Hollandiya İnkişaf Bankı (FMO) çıxış edir. Cari ilin dekabr ayının 1-nə bankın aktivlərinin həcmi 202,39 mln. manat, kredit portfeli 168,28 mln. manat, depozit portfeli 166,38 mln. manat, məcmu kapitalı 36,16 mln. manat, o cümlədən nizamnamə kapitalı 13,4 mln. təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR