Bank Of Baku

«Parabank» bölgələrdə avtomobil satışının kreditləşməsinə başlayıb

«Parabank» bölgələrdə avtomobil satışının kreditləşməsinə başlayıb
# 29 dekabr 2008 14:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» Səhmdar Kommersiya Bankı (SKB) ilə «KİA-Motors Azerbaijan» şirkəti arasında avtomobil satışının bankın Gəncə filialı tərəfindən kreditləşdirilməsinə dair razılaşma əldə olunub.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, şərtlərə əsasən, bankın Gəncə filialı «KİA Motors Corporation» şirkətinə məxsus avtomaşınların satışını 1-3 il müddətinə kreditləşdirir. Müddətindən asılı olaraq kreditlər üçün faiz dərəcələri illik 28-32% arasında dəyişir. Bir il müddətinə verilən kreditlər avtomobilin qiymətinin 80%-i, 2 il müddətinə verilən kreditlər 75%-i, 3 il müddətinə verilən kreditlər isə 70%-i məbləğində müəyyənləşdirilib.
Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 62,1 mln. manat, kredit portfeli 39,2 mln. manat, depozit portfeli 33,3 mln. manat, məcmu kapitalı 11,7 mln. manat, o cümlədən nizamnamə kapitalı 9,394 mln. manat olub. Bankın respublika üzrə 12 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR