Bank Of Baku

Beynəlxalq Maliyyə Korporasiyası «AGBank»a 15 mln. dollar həcmində kredit ayırır

Beynəlxalq Maliyyə Korporasiyası «AGBank»a 15 mln. dollar həcmində kredit ayırır
# 30 dekabr 2008 08:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanın «AGBank» Səhmdar İnvestisiya Bankına subordinasiya olunmuş kredit ayıracaq. IFC-nin Bakıdakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, kreditin məbləği 15 mln. ABŞ dolları təşkil edəcək ki, vəsait «AGBank»ın maliyyə vəziyyətinin yaxşılaşdırılmasına yönəldiləcək: «Müqavilənin ilkin şərtəlrinə artıq baxılıb. Hazırda müqavilənin IFC-nin Direktorlar Şurası tərəfindən təsdiq olunması gözlənilir».

Qeyd edək ki, «AGBank» 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabrın 1-nə Bankın aktivlərinin həcmi 217,293 mln. manat, kredit portfeli 159,889 mln. manat, depozit portfeli 140,183 mln. manat, məcmu kapitalı 30,08 mln. manat, o cümlədən, nizamnamə kapitalı 15 mln. manat təşkil edib. Bankın hazırda respublika üzrə 13 filialı, 4 şöbəsi, 52 bankomatı, 375 POS-terminalı mövcuddur.

Xatırladaq ki, «AGBank» əsas səhmdarları sırasına IFC, İngiltərənin «Kazimir Caspian Fund Limited» İnvestisiya Fondu və iki nəfər fiziki şəxs daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR