Bank Of Baku

Beynəlxalq Valyuta Fondu Azərbaycanla bağlı növbəti hesabatını açıqlayıb

Beynəlxalq Valyuta Fondu Azərbaycanla bağlı növbəti hesabatını açıqlayıb
# 30 dekabr 2008 10:39 (UTC +04:00)
BVF-in Bakı ofisindən “APA-Economics”ə verilən məlumata görə, hesabatda bildirilir ki, səfər çərçivəsində davam edən qlobal maliyyə böhranı və yenicə başlayan tənəzzül fonunda Azərbaycan hökuməti ilə 2008-ci il ərzində iqtisadi proseslər, 2009-cu ilin dövlət büdcəsi, milli iqtisadiyyata böhranın təsirinə dair qısamüddətli proqnozlar və profilaktik tədbirlər müzakirə olunub. Böhranın ilk əlamətləri üzə çıxan zamandan güclü iqtisadi vəziyyətdə olması və hazırda qlobal maliyyə sisteminə məhdud inteqrasiya olunması səbəbindən, Azərbaycanın cari iqtisadi siyasəti ilə böhranın qısamüddətli təsirinə nisbi davamlı olacağı gözlənir.

Hesabatda qeyd olunur ki, ölkə iqtisadiyyatı 2008-ci ilin birinci 10 ayı ərzində çox güclü inkişaf tempi ilə yadda qalıb. Belə ki, xarici təsirlər və ofşor neft hasilatında baş verən texniki səbəblərə görə avqust ayından müşahidə olunan ləngiməyə baxmayaraq, neft sektorunun artım tempi 10% civarında qiymətləndirilir. Eyni zamanda, qeyri-neft sektorunun xüsusi maliyyə stimuluna güclü dəstəyi və tikintidə, xidmətlərdə və kənd təsərrüfatında sağlam artım meylləri nəticəsində 15% səviyyəsində yüksəlmə baş verib. Beynəlxalq bazarda ərzaq və əmtəə qiymətlərin yüksəlməsi kontekstində ekspansionar fiskal siyasət və sərbəst pul-kredit durumundan stimul alan sıçrayışlı daxili tələbat səbəbindən aprel-oktyabr ayları ərzində inflyasiya 20% səviyyəsini üstələyib.

Avqust ayına qədər ixracın həcminin və neft qiymətlərinin yüksək olması ölkənin xarici mövqeyinin və xarici aktivlərin artımına böyük təsir göstərib və sentyabrın sonuna ölkənin rəsmi ehtiyatları və Neft Fondunun aktivləri ümumi xarici borcu 6 dəfə üstələyərək 16 mlrd. ABŞ. dolları həddinə çatıb.

Maliyyə bazarına gəldikdə, BVF hesab edir ki, Azərbaycanın zəif inkişaf etmiş maliyyə bazarı, yerli bankların "isti" kapital axınından aşağı asılılığı və çox güclü beynəlxalq ehtiyatlı mövqeyi böhranın erkən təsirindən ölkəni qorumağa kömək edib. Bundan əlavə, hesabatda Azərbaycan Milli Bankının (AMB) maliyyə tənzimlənməsi və likvidlik vəziyyətinin yaxşılaşdırılması istiqamətində apardığı siyasət təqdir olunur.

Hesabatda o deyilir ki, qlobal iqtisadi səngimə Azərbaycana 2005-ci ilin sonundan bəri iqtisadiyyatın yoluxduğu yüksək inflyasiya prosesinin istiqamətini tamamilə dəyişdirmək üçün bilavasitə fayda verib. Lakin qlobal hadisələr fonunda ölkədə iqtisadi artım tempi də səngiməyə başlayıb.



Sənəddə qeyd olunur ki, 2009-cu ilin büdcəsində maliyyə genişlənməsinin daha mülayim tempi təqdirəlayiqdir. Belə ki, ilin ortalarına doğru büdcənin yenidən qiymətləndirilməsi həm neft və qeyri-neft fəaliyyətinə davam edən maliyyə böhranının, həm də qlobal iqtisadi səngimənin nəticələrini daha da aydınlaşdırmağa kömək edə bilər.

Missiya hesab edir ki, bu yaxınlarda həyata keçirilən və planlaşdırılan struktur islahatlar Azərbaycanda qeyri-neft fəaliyyətinin dəstəklənməsinə kömək edəcək. Buna baxmayaraq, əgər qlobal tənəzzülün daha dərin olması üzə çıxarsa və qeyri-neft sektorunda daxili artım 2009-cu ilin birinci yarısı ərzində gözlənəndən daha tez səngiyərsə, regionda başqa ölkələrdən fərqli olaraq, Azərbaycanın güclü xarici aktiv mövqeyi və gözlənən ümumi fiskal vəziyyəti ciddi iqtisadi səngiməyə tab gətirməyə imkan verəcək.

Missiya, həmçinin, ictimai investisiya layihələrinin seçimi, icrası, monitorinqi və auditinə dair aydın qaydaların yaradılmasına dair qəbul olunan qərarı alqışlayır.
Eyni zamanda, hesabatda qeyd olunur ki, monetar siyasət qeyri-neft sektorunun inkişafı və aşağıya meylli inflyasiya prosesi arasında balansın yaradılmasına köklənməlidir. Belə ki, 2 ay boyunca dərəcələrin 7 faiz bəndi yendirilməsinin hələ də ikirəqəmli həddə qalan inflyasiyaya görə çox və regiondakı aşağı inflyasiyalı ölkəlinin sərbəstləşdirmə siyasətindən geniş olub. Hətta inflyasiyada mühüm azalma gözləntiləri ilə cari səviyyədə saxlanılan dərəcələr 2009-cu ildə real baxımdan neqativ ola bilər.

Bundan əlavə, ötürmə mexanizminin işləməsinin müşahidə olunmadığı nəzərə alınsa, dərəcələrin azaldılmasının bankların kreditləşmə dərəcələrinə, beləliklə də, iqtisadi fəaliyyətə nəzərdə tutulan effektivliyi göstərməməyi ehtimal olunandır.
Bu səbəbdən Azərbaycan Milli Bankına tövsiyə olunur ki, inflyasiya gözləntilərinin aşağı düşməsinə qədər dərəcələri cari səviyyədən aşağı salmasın. Eyni zamanda, yüksək qeyri-müəyyənlik dövründə dollar/manat məzənnəsinin valyuta səbəti ilə aşağı salınmasından imtina da kifayət qədər əsaslı adım olub. Bir tərəfdən, bu qərar onu göstərdi ki, 2008-ci ilin mart ayından etibarən bazar iştirakçıları tərəfindən həyata keçirilməsinə başlanılan bivalyuta səbəti rejiminin istifadəsi müvəqqəti olaraq dayandırılıb. Digər tərəfdən, manatın bağlandığı dollar və avro arasında mübadilə kursunda əsaslı dəyişkənlik yenidən dollarlaşma və panik potensialı ilə manatın dollara qarşı nəzərəçarpacaq yenməsinə işarə edəcək.

Missiya məsləhət görür, səbət valyutalarının mübadilə kursunda ifrat dəyişkənlik səngiyən kimi, Milli Bank iki valyuta səbəti mübadilə kursu rejiminin tam yerinə yetirilməsinə qayıtmalıdır. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən bankların qlobal maliyyə böhranının təsirinin və ölkədaxili iqtisadi yavaşımanın nəticəsi olan yeni risklərlə üzləşəcəyi real olduğundan Milli Bankın güclü nəzarəti çox əhəmiyyətlidir.
Sənədin sonunda 2009-cu ilin büdcəsində Azərbaycan Beynəlxalq Bankının əlavə kapitallaşmasının nəzərdə tutulmasının bank sistemində kapital yetərliliyini gücləndirəcəyi vurğulanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR