Bank Of Baku

Azərbaycanda repo-əməliyyatların həcmi 2,2 dəfə artıb

Azərbaycanda repo-əməliyyatların həcmi 2,2 dəfə artıb
# 30 dekabr 2008 10:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Cari ilin dekabrın 1-nə Azərbaycanda aparılan repo-əməliyyatların həcmi 755,27 mln. manat təşkil edib. Azərbaycan Milli Bankından “APA-Economics”ə verilən məlumata əsasən, bu göstərici ötən ilin dekabrın 1-nə olan göstərici ilə müqayisədə 2,2 dəfə, cari ilin əvvəlinə olan göstəricidən isə 2,03 dəfə çoxdur. Repo-əməliyyatların bütün həcmi birgünlük repo-əməliyyatların payına düşür. Azərbaycanda 3 və daha çox günlük repo-əməliyyatları və əks repo-əməliyyatları isə aparılmır.

Qeyd edək ki, repo-əməliyyatları Milli Bank tərəfindən qiymətli kağızların müvəkkil banka satışı (repo-nun açılması), eyni zamanda müvəkkil bank tərəfindən həmin qiymətli kağızları Milli Banka satmaq, Milli Bankın isə onları müvəkkil bankdan geri satın almaq öhdəliyini (repo-nun bağlanması) rəsmiləşdirən maliyyə əməliyyatlarıdır. Əks-repo əməliyyatı isə müvəkkil bank tərəfindən qiymətli kağızların Milli Banka satışı, eyni zamanda Milli Bank tərəfindən həmin qiymətli kağızları müvəkkil banka satmaq, müvəkkil bankın isə onları Milli Bankdan geri satın almaq öhdəliyini rəsmiləşdirən maliyyə əməliyyatıdır. Beləliklə, repo-əməliyyatı bank sisteminin likvidliyinin tənzimləmə mexanizmidir. Likvidlik düşəndə mərkəzi bank əks-repo, likvidlik artanda isə repo-əməliyyatları keçirir.

Birgünlük repo-əməliyyatları üzrə faiz dərəcəsi cari il ərzində 5 dəfə düşüb. Belə ki, ilin əvvəlində bu göstərici illik 5% təşkil etdiyi halda, aprel ayında 3%-ə, noyabr ayında isə 1%-ə qədər enib. Bu da ölkədə aparılan pul-kredit siyasətinin yumşaldılmasının nəticəsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR