Qeyd edək ki, yenidən maliyyələşdirmə əməliyyatları bank sisteminin likvidliyinin tənzimlənməsi çərçivəsində aparılır. Likvidliyinin tənzimlənməsinə yönəldən digər alət - Repo-əməliyyatları Milli Bank tərəfindən daha geniş istifadə olunur. Lakin repo-əməliyyatları yalnız birgünlük xarakter daşıyır, yenidən maliyyələşdirmə əməliyyatları isə ortamüddətlidir, Milli Bank tərəfindən bu kreditlərin müddəti adətən 3-6 ay təşkil edir.
Yenidən maliyyələşdirmənin artımı bankların likvidliyinin azalmasının göstəricisidir. Lakin 178,4 mln. manat ümumilikdə böyük rəqəm sayılmır. Məsələn, bu göstərici ümumi bank sisteminin aktivlərinin cəmi 1,8% təşkil edir.
Əlavə edək ki, mərkəzi bankı tərəfindən kreditləşmənin kəskin artması bank sistemində likvidlik problemləri əks etdirir. Beləliklə, Azərbaycanda bu əməliyyatların həcminin səviyyəsinin aşağı olması belə problemlərin olmadığını və hazırda dünya maliyyə böhranın mənfi təsiri ilə bankların öz imkanları hesabına mübarizə apara biləcəyini göstərir.