Bank Of Baku

«NBCBank» yeni filial açır

«NBCBank» yeni filial açır
# 30 dekabr 2008 13:11 (UTC +04:00)
Bakı Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «NBCBank» Səhmdar Kommersiya Bankı (SKB) Sumqayıt filialı növbəti ilin yanvarda istifadəyə veriləcək. Bankın İdarə Heyətinin sədr müavini Yusif Abdullayevin «APA-Economics»ə verdiyi məlumata görə, filialın açılması ilə bağlı təsis əsasnaməsi artıq Azərbaycan Milli Bankına təqdim olunub. Yaxın günlərdə isə AMB tərəfindən müvafiq icazənin verilməsi gözlənilir.
Y. Abdullayevin sözlərinə görə, hazırda bankın respublika üzrə 6 filialı fəaliyyət göstərir. Bankın 3 illik strateji planına əsasən (2008-2010) daha 4 yeni filialın açılması nəzərdə tutulub.
Xatırladaq ki, «NBCBank» 1992-ci ildə «RuziBank» Kommersiya Bankı kimi yaradılıb. Bankın brendi 2002-ci ildə dəyişərək «NBCBank» olub. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 37,414 mln. manat, kredit portfeli 30,516 mln. manat, depozit portfeli 12,785 mln. manat, məcmu kapitalı 14,875 mln. manat, o cümlədən nizamnamə kapitalı 13,589 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR