Bank Of Baku

Azərbaycanda bankların aktivlərində kreditlərin xüsusi çəkisi 66% təşkil edib

Azərbaycanda bankların aktivlərində kreditlərin xüsusi çəkisi 66% təşkil edib
# 30 dekabr 2008 13:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarının 2008-ci ilin dekabrın 1-nə aktivlərinin həcmi 9 904,46 mln. manat təşkil edib ki, bu da cari ilin əvvəli ilə müqayisədə 47,3% çoxdur. Azərbaycan Milli Bankından “APA-Economics”ə verilən məlumatına görə, bank aktivlərinin strukturunda əsas yeri müştərilərə verilən kreditlər tutur. Bu kreditlərin həcmi 6 522,02 mln. manat təşkil edib ki, bu da aktivlərin ümumi həcminin 65,85%-i deməkdir. Qeyd edək ki, cari ilin əvvəlində kreditlərin aktivlərdə xüsusi çəkisi 65,3%-ə bərabər olub.
Müştərilərə verilən kreditlərdən başqa, aktivlərin strukturunda müxbir hesablar 813,19 mln. manat 8,31%), investisiyalar 778,22 mln. manat (7,86%), nağd pullar 479,03 mln. manat (4,84%), maliyyə sektoruna verilən kreditlər 460,76 mln. manat (4,65%), digər aktivlər isə 851,25 mln. manat (8,59%) yer tutub.
Cari ilin dekabrın 1-nə bankların passivlərinin 83,5%-i öhdəliklərin payına düşür ki, bu da 8 270,42 mln. manat təşkil edib. Bu göstərici ilin əvvəlindən 47% artdığı halda, noyabr ayı ərzində 0,7% azalıb. Ümumilikdə, öhdəliklərin 49,3%-i, yəni 4 073,2 mln. manat depozitlərin payına düşür. Eyni zamanda maliyyə sektorundan alınan kredit və depozitlərin həcmi 3 165,12 mln. manat təşkil edib ki, bu da öhdəliklərin 38,3%-nə bərabərdir. Bankların kapitalının həcmi 1 634,04 mln. manat təşkil edib ki, bu göstəricinin ilin əvvəlindən artımı 48,8%-ə bərabərdir.
Beləliklə, bankların aktivlərində ən vacib yeri müştərilərə verilən kreditlər tutur. Passivlər isə əsasən depozitlərin və maliyyə sektorundan alınan kreditlərin hesabına formalaşır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR