Bank Of Baku

Azərbaycanda bankların mənfəəti 241 mln. manata çatıb

Azərbaycanda bankların mənfəəti 241 mln. manata çatıb
# 30 dekabr 2008 14:11 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarının 2008-ci ilin yanvar-noyabr ayları üzrə mənfəəti 241,4 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 58,04%, bütövlükdə ötən ilin göstəricisindən isə 40,4% çoxdur. Azərbaycan Milli Bankından “APA-Economics”ə verilən məlumata əsasən, mənfəətin strukturunda faiz gəlirləri 891,3 mln. manat (illik artım 81,6%), faiz xərcləri 405,9 mln. manat (artım 95,1%), qeyri-faiz gəlirləri 262,5 mln. manat (artım 43,3%), qeyri-faiz xərcləri isə 309,5 mln. manat (artım 51,6%) olub.
Yanvar-noyabr ayları üzrə bankların aktivləri üzrə xüsusi ehtiyatlara ayırmaların həcmi isə 196,5 mln. manat təşkil edib. Bu ayırmalar ötən ilin yanvar-noyabr aylarında 89,7 mln. manat, bütün 2007-ci il üzrə isə 97,24 mln. manat olub. Ayırmaların artımı bank aktivlərinin, o cümlədən kreditlərin artımın nəticəsidir. Belə ki, cari il ərzində aktivlərin artım tempi 66% təşkil edib.
Cari il ərzində bankların əldə etdiyi mənfəətin orta aylıq göstəricisi 21,9 mln. manat olduğu halda, noyabrda banklar 3,17 mln. manat məbləğində mənfəət əldə edib. Bu azalma ilk növbədə aktivlər üzrə xüsusi ehtiyatlara ayırmaların kəskin artması səbəbindən baş verib. Belə ki, ayırmaların orta aylıq göstəricisi 17,9 mln. manat təşkil etdiyi halda, noyabrda ayırmalar 31,8 mln. manata bərabər olub.
Bankların fəaliyyətinin nəticələrindən biri olan qeyri-faiz xərclərin qeyri-faiz gəlirləri üstələməsi hələ də davam edir. Hətta bu göstərici ötən illə müqayisədə kəskin artıb. Belə ki, 2007-ci ilin yanvar-noyabr ayları üzrə qeyri-faiz əməliyyatlarına dair mənfi saldo 20,95 mln. manat təşkil edibsə, cari ildə bu göstərici artıq 47 mln. manata bərabərdir. Bu bankların qeyri-faiz əməliyyatlarını zərərlə aparması nəzərə alınaraq, banklar tərəfindən müəyyən strateji dəyişikliklərin edilməsi zəruri sayılır.
Qeyd edək ki, qeyri-faiz bank əməliyyatlara köçürmələr üzrə əməliyyatlar, mübadilə əməliyyatları, ödəmələrin yığımı ilə əlaqədar olan əməliyyatlar və digər birbaşa kredit və investisiya fəaliyyəti ilə bağlı olmayan bank əməliyyatları aiddir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR