Bank Of Baku

Azərbaycanın daxili valyuta bazarında avronun payı 2 dəfədən çox artıb

Azərbaycanın daxili valyuta bazarında avronun payı 2 dəfədən çox artıb
# 30 dekabr 2008 14:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda cari ilin yanvar-noyabr aylarında daxili valyuta bazarı 23 194 022 900 manat təşkil edib. Azərbaycan Milli Bankından “APA-Economics”ə verilən məlumatına əsasən, 2008-ci ilin 11 ayı üzrə daxili valyuta bazarının həcmi ötən ilin müvafiq göstəricisindən 74,6%, bütün ötən ilin göstəricisindən isə 53,2% çoxdur.
Cari ildə daxili valyuta bazarında ən yüksək göstərici iyul ayında müşahidə olunub:




Eyni zamanda son illər daxili valyuta bazarın həcminin kəskin artması müşahidə olunur:




Daxili valyuta bazarında dollar üzrə əqdlərin həcmi yanvar-noyabr aylarında 20 111 061 500 dollar, avro üzrə əməliyyatların həcmi 5 263 891 700 avro, ingilis funtu üzrə əməliyyatların həcmi 35 028 300 funt, rus rublu üzrə əməliyyatların həcmi isə 14 328 512 300 rubl təşkil edib. Bu göstəricilər dolların Azərbaycanın iqtisadiyyatda və hesablaşmalarda əsas rol oynamasını sübut edir. Eyni zamanda avro ilə əməliyyatların kəskin artımı da qeyd olunmalıdır. Belə ki, cari ilin yanvar-noyabr aylarında avro ilə əməliyyatların həcmi bütün ötən ilin göstəricisindən 2,4 dəfə çoxdur ki, bu da avronun Azərbaycanda rolunun artdığını göstərir. Eyni zamanda avronun daxili valyuta bazarında payı 2007-ci ildə təxminən 17% təşkil etdiyi halda, hazırda bu göstərici təxminən 31,4%-ə bərabərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR