Bank Of Baku

AGBI indeksi 1,0017, ANBDI indeksi isə 1,0006 təşkil edib

AGBI indeksi 1,0017, ANBDI indeksi isə 1,0006 təşkil edib
# 05 yanvar 2009 09:15 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət qısamüddətli istiqrazlar (DQİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 2009-cu ilin yanvar ayının 5-də 0,0014 və ya 0,14% artaraq 1,0017 təşkil edib.
«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Milli Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ANBDI (Azerbaijan National Banks Debts Index) indeksi 0,0005 bənd və ya 0,05% artaraq 1,0006 təşkil edib.
İndekslərin artması cari xarakter daşıyır və Yeni İl bayramı günlərində dövlət qiymətli kağızların ilkin bazarında əqdlərin bağlanmaması ilə bağlıdır. Eyni zamanda, yanvarın 6-da indekslərin korrektəsini, yanvarın 7-də isə AGBI indeksinin dəyişəcəyini gözləmək olar, çünki yanvarın 6-na iki DGİ buraxılışı üzrə ödəniş planlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR