«APA-Economics»in məlumatına görə, dövriyyənin gündəlik göstəriciləri aşağıdakı kimi olub (ötən həftə bayramlarla əlaqədar hərraclar yalnız dekabrın 29-30-da keçirilib):
Ötən həftə ərzində dolların birja məzənnəsi (Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində aparılan ticarət əməliyyatları üzrə orta göstərici) 0,8005 manatdan 0,8013 manatadək dəyişib. Yəni, bu müddət ərzində dolların məzənnəsi 0,1% yüksəlib. Qeyd edək ki, rəsmi məzənnə və nağd alış məzənnəsi (banklar üzrə orta göstərici) həftə ərzində dəyişməyib, nağd satış məzənnəsi isə 0,07% artıb:
Beləliklə, ötən həftə valyuta bazarında praktiki olaraq dolların məzənnəsinin sabitliyi fonunda rekord gündəlik dövriyyə qeydə alınıb. Belə ki, dekabrın 30-da birjada dövriyyənin həcmi noyabr ayının ümumi dövriyyəsini 42% üstələyib. İlin son ticarət günündə valyuta əqdləri üzrə bu dərəcədə yüksək dövriyyə hər hansı bir qeyri-adi hadisə ilə bağlı olmayıb. Bu, büdcə transferlərinin konvertasiyasının başa çatdırılması zəruriliyi ilə bağlı olub. Beləliklə, birja valyuta bazarında ilin son ticarət günü rekord dövriyyə ilə seçilib.