Bank Of Baku

«Bank of Azerbaijan» yeni baş ofisə köçəcək

«Bank of Azerbaijan» yeni baş ofisə köçəcək
# 05 yanvar 2009 14:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Bank of Azerbaijan» Səhmdar Kommersiya Bankı (SKB) fevral ayının əvvəlindən fəaliyyətini yeni baş ofisdə davam etdirəcək. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədri Xəyal Şərifzadə bildirib.
X.Şərifzadənin sözlərinə görə, bank tərəfindən icarəyə götürüləcək yeni baş ofis Bakı şəhəri, Sarabski küçəsi, 657-ci məhəllə ünvanında yerləşir. Belə ki, 12 mərtəbədən ibarət olan binanın 4 mərtəbəsi baş ofis üçün icarəyə götürülüb. Hazırkı baş ofisdə isə bankın filiallarından biri fəaliyyət göstərəcək. Qeyd edək ki, hazırda «Bank of Azerbaijan»ın baş ofisi paytaxtın S.Vurğun küçəsi,3 ünvanında yerləşir.
Xatırladaq ki, təsisçisi «NEM Holding» və 2 fiziki şəxs olan «Bank of Azerbaijan» SKB 1993-cü ildən fəaliyyət göstərir. Ötən ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 110,384 mln. manat, kredit portfeli 90,122 mln. manat, depozit portfeli 42,503 mln. manat, məcmu kapitalı 20,684 mln. manat, o cümlədən nizamnamə kapitalı 14,635 mln. manat təşkil edib. Bankın respublika üzrə 18 filialı, 35 mübadilə məntəqəsi, 22 bankomatı və 122 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR