Cəmil Məlikov: «Azərbaycanda da sığorta şirkətləri dünya maliyyə böhranı ilə üzləşəcək» - MÜSAHİBƏ
- Azərbaycan Sığortaçılar Assosiasiyası 2008-ci il ərzində bir sıra nailiyyət əldə edib. Belə ki, ASA tərəfindən ötən il sığortaçıların icra aparatının yaradılması, iyul ayında beynəlxalq sığorta konfransının keçirilməsi, seminar və treninqlərin təşkili, həmçinin «Sığorta fəaliyyəti haqında» yeni qanunun hazırlanması kimi işlər görülüb. Bu il üçün nəzərdə tutulan əsas prioritet sahələrdən biri sığortaçılara yeni normativ tələblərdən irəli gələn müvafiq çətinliklərin həll olunmasında yaxından köməklik göstərmək və dövlət orqanları və ictimaiyyət qarşısında ASA-nın nüfuzunu daha da artırmaqdan ibarətdir. Bundan başqa, 2009-cu il ərzində ASA-nın müvafiq komitələrinin yaradılması və sığortaçıların dünya maliyyə böhranı ilə bağlı problemlərini həll etmək üçün təkliflər hazırlanması planlaşdırılır.
- Sığorta daxilolmaları və ödənişlərlə bağlı 2008-ci il üçün gözlənilən göstəricilər, həmçinin 2009-cu il üçün analoji proqnozlarla bağlı fikirlərinizi öyrənmək istərdik.
- Qeyd etmək istəyirəm ki, 2008-ci il ərzində ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 180 mln. manat sığorta haqqı, 47 mln. manat həcmində isə sığorta ödənişlərinin aparılacağı gözlənilir. Bu il isə sığorta haqlarının 220 mln. manata çatacağı proqnozlaşdırılır.
- «İcbari sığorta haqqında» qanun nə vaxt qüvvəyə minə bilər və sənədin tətbiqində hansı effekt gözlənilir? Ümumiyyətlə, bu istiqamətdə aparılan işlər hazırda hansı mərhələdədir?
- Ümumiyyətlə deyə bilərəm ki, artıq «İcbari sığorta haqqında» qanun layihəsi hazırdır və baxılmaq üçün Nazirlər Kabinetinə təqdim olunub. Bu qanun sığorta bazarında daxilolmaların artırılmasına təkan verməsə də, sığortanın mahiyyətinə düzgünlük gətirəcək və Azərbaycanda məsuliyyət anlayışının formalaşmasına köməklik edəcək. Hesab edirəm ki, «İcbari sığorta haqqında» qanun artıq 2009-cu il ərzində qüvvəyə minə bilər.
- Hələ 2002-2004-cü illərdə Maliyyə Nazirliyinin təsisçiliyi ilə dövlət təkrarsığorta şirkətinin yaradılması planlaşdırılırdı, lakin sonradan bu istiqamətdə aparılan diskussiyalar səngidi. Bu məsələ ilə bağlı fikirlərinizi bilmək istərdik.
- Dünya praktikası göstərir ki, nəzarətedici orqanın özünün təkrarsığorta şirkəti yaratması bazar iqtisadiyyatına və demokratik prinsiplərə ziddir. Şübhəsiz ki, belə bir qurumun yaradılması Azərbaycanda baş tuta bilməz.
- Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən toplanan daxilolmaların hansı hissəsi xaricə təkrarsığortaya yönəldilir? Bunun minimallaşdırılması üçün hansı tədbirlər görülməlidir?
- Toplanan məcmu sığorta daxilolmalarının 37%-i xaricə təkrarsığortaya yönəldilir. Bunu minimallaşdırmağa heç bir ehtiyac yoxdur, çünki şirkətdə bir manatlıq sığorta haqqı saxlayanda, onun arxasında təxminən 100-500 manatlıq risk dayanır. Bunun üçün isə ən yaxşı praktika sığorta haqlarını xaricə təkrarsığortaya yönəltməkdir.
- Dünya maliyyə böhranının Azərbaycanın sığorta bazarına təsirini necə qiymətləndirirsiz və bu böhran sığorta bazarının daha çox hansı seqmentlərinə təsir göstərə bilər?
- Dünya maliyyə böhranı ilk növbədə banklara, istehlakçılara, ardınca istehsalçılara, şirkətlərə və hər bir işçiyə təsir göstərəcək. Odur ki, sığorta şirkətləri də bu problemlə üzləşəcək. Bu böhranın sığorta bazarına təsirinin minimallaşdırılması üçün sığortaçılar tərəfindən onun həlli yolları tapılmalıdır.
- Bu il ASA tərəfindən sığorta şirkətləri üçün nəzərdə tutulan üzvlük haqqının artırılması gözlənilirmi?
- Xeyr, biz dünya maliyyə böhranını nəzərə alaraq, üzvlük haqlarının azaldılmasına nail olmaq istəyirik.
Maliyyə
"Fitch": Azərbaycan iqtisadiyyatı 2026-cı ildə 2% artacaq
“Fitch”: Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı ildə 93 mlrd. dollara çatacaq
“Fitch” Azərbaycanın suveren kredit reytinqini “BBB-” səviyyəsində təsdiqləyib
“BakıKart”ın operatorunun vəzifəli şəxsi cərimələnib
Xəbər Lenti
İstanbulda Azərbaycan–Gürcüstan–Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək
Yuri Uşakov: Rusiya Kiyevlə həm açıq, həm də qapalı təmasları saxlayır
I və IV qruplar üzrə qəbul imtahanı keçirilib, 10 nəfərdə telefon aşkarlanıb
Dövlət qulluğuna qəbul imtahanları keçirilir
Pakistan ordusunun komandanından İranın ali rəhbərinə xüsusi məktub ünvanlanıb
Paşinyan: Hazırda nə Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı müraciət var, nə də biz buna obyektiv olaraq hazırıq
Sabahın hava proqnozu açıqlanıb
Paşinyan seçkilərin region üçün mümkün nəticələrindən danışıb: Xoşbəxtlikdən indi Azərbaycanla sülh var
Ermənistan MSK sədri: İki seçki komissiyasının sədri və bir katibi tutulub
Rusiya Ukraynada nüvə yanacağı anbarına PUA ilə hücum edib
FHN-in Sumqayıt Regional Mərkəzi “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyini keçirib
Bəzi yerlərə yağış, Şahdağa qar yağıb - FAKTİKİ HAVA
Rusiyanın Ukraynanın vilayətlərinə endirdiyi zərbələr nəticəsində 2 nəfər həlak olub, 19 nəfər yaralanıb
Ermənistanda parlament seçkiləri keçirilir
Avropa liderləri Londonda Ukrayna ilə bağlı görüşəcək
ABŞ-da atışma nəticəsində 12 nəfər yaralanıb
ABŞ Qüvvələri iki İran dronunu vurub
KİV: ABŞ İran aktivlərini Körfəzdəki müttəfiqlərinə verəcək
Türkiyə Venesuelanı məğlub edib
Peruda son 10 ildə doqquzuncu prezident seçiləcək
Rusiya Ukraynanın iki mülki xilasetmə katerini vurub, xəsarət alanlar var
Naxçıvanda 7 yaşlı uşaq kanalda bataraq ölüb
AB İsrail və Livanı atəşkəsə riayət etməyə çağırıb
İranın Xarq adası yaxınlığında partlayış olub
FHN-in xilasediciləri yaşayış binasında təhlükəli vəziyyətdə qalan vətəndaşı xilas edib - VİDEO
Lənkəranda ağaca çırpılan avtomobilin sürücüsü ölüb
İsrail ordusu Livanda gedən döyüşlərdə daha iki hərbçisini itirib
Türkiyədə Hərbi Hava Qüvvələrinin 115-ci ildönümü təntənə ilə qeyd olunub
Zığda baş vermiş kütləvi dava ilə bağlı 7 nəfər saxlanılıb - YENİLƏNİB
İsrailin hücumları nəticəsində ölən Livan vətəndaşlarının sayı 3593 nəfərə çatıb
Aeroport yolunda avtomobil piyadanı vuraraq öldürüb
Göygöldə yağışın səbəb olduğu fəsadlar aradan qaldırılır - FOTO
FHN-in Cənub Regional Mərkəzində mülki müdafiə kursları keçirilib
XİN: Azov dənizində dron hücumu nəticəsində 25 Azərbaycan vətəndaşından 4-ü yaralanıb, 4 nəfər həlak olub
İran ABŞ-ın gecə radar sistemlərinə hücumunu atəşkəsin açıq şəkildə pozulması adlandırıb
Daşkəsəndə 30 yaşlı kişini at belində ildırım vurub
Yağıntı və dumanla əlaqədar bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
FHN-in Şimal Regional Mərkəzi zona birinciliyi keçirib
Bəzi yerlərdə şimşək çaxır, intensiv yağış yağır - FAKTİKİ HAVA
XİN: Azov dənizində gəmilərin vurulması nəticəsində yaralanan vətəndaşların Azərbaycana qayıdışı üçün tədbirlər görülür
Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub
Kürdəmirdə açıq ərazidə yanğın söndürülüb- YENİLƏNİB
Azov dənizində gəmiyə PUA hücumu nəticəsində yaralanan Azərbaycan vətəndaşları vəziyyətləri barədə danışıblar-VİDEO - YENİLƏNİB
Azərbaycan və İspaniya XİN arasında konsulluq məsləhətləşmələri keçirilib
Ömər aşırımında iki hərbçi dərəyə yıxılıb, biri vəfat edib
Cəlilabadda keçmiş məhkumlardan 18 kq narkotik götürülüb
Anton Krivotsyuk və Abdulla Xaybulayev millinin heyətindən çıxarılıb
Daşkəsəndə Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş aksiya keçirilib
Səfir: Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşı olmaqdan qürur duyur
Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri ilə bağlı konfrans keçirilib