Bank Of Baku

Azərbaycanda səhmlər üzrə bağlanan alqı-satqı müqavilələrinin sayı dekabrda iki dəfə azalıb

Azərbaycanda səhmlər üzrə bağlanan alqı-satqı müqavilələrinin sayı dekabrda iki dəfə azalıb
# 06 yanvar 2009 06:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Milli Depozit Mərkəzi (MDM) tərəfindən ötən ilin dekabr ayı ərzində səhmdar cəmiyyətlərin səhmlərinin saxlanması və səhmdarların reyestrinin aparılmasına dair 3 müqavilə bağlanıb ki, bu da noyabr ayı ilə müqayisədə 2 dəfə, 2007-ci ilin dekabr ayı ilə müqayisədə isə 3,6 dəfə azdır.
MDM-dən «APA-Economics»ə verilən məlumata görə, dekabr ayı ərzində 18 417 135 manat nominal dəyərində olan 21 492 071 səhm üzrə 433 alqı-satqı müqaviləsi və 190 min ABŞ dolları nominal dəyərində olan 19 istiqraz üzrə 7 alqı-satqı müqaviləsi qeydiyyata alınıb.
Qeyd edək ki, ötən ilin yanvar-dekabr ayları ərzində MDM tərəfindən səhmdar cəmiyyətlərin səhmlərinin saxlanması və səhmdarların reyestrinin aparılmasına dair ümumilikdə 108 müqavilə bağlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR