Bank Of Baku

AGBI indeksi 1,0033, ANBDI indeksi isə 1,0001 təşkil edib

AGBI indeksi 1,0033, ANBDI indeksi isə 1,0001 təşkil edib
# 06 yanvar 2009 07:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət qısamüddətli istiqrazlar (DQİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 2009-cu ilin yanvar ayının 6-na 0,0016 və ya 0,16% artaraq 1,0033 təşkil edib.
«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Milli Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ANBDI (Azerbaijan National Banks Debts Index) indeksi 0,0005 bənd və ya 0,05% azalaraq 1,0001 təşkil edib.
AGBI indeksin artması 10106820S seriyalı istiqrazlar üzrə əlavə yerləşdirmə nəticəsində dövriyyənin 702 min manat genişləndirilməsi səbəbindən baş verib. Eyni zamanda, gündəlik korrektə səbəbindən ANBDI indeksinin azalması müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR