Bank Of Baku

Dünya Bankının nəqliyyat missiyası yanvarın 20-də Azərbaycana gələcək

Dünya Bankının nəqliyyat missiyası yanvarın 20-də Azərbaycana gələcək
# 06 yanvar 2009 07:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayının 20-də Dünya Bankının (DB) avtomobil yol layihələri üzrə missiyası Azərbaycana səfər edəcək. Bu barədə «APA-Economics»ə DB-nın Bakı ofisindən məlumat verilib.
«Nümayəndə heyətinə Bankın nəqliyyat üzrə baş mütəxəssisi Kristofer Bennet (Cristopher Bennett) başçılıq edəcək. Nümayəndə heyəti Azərbaycanın nəqliyyat sektorunun müvafiq qurumlarında görüşlər keçirəcək, hazırda ölkədə icra olunan nəqliyyat layihələrinin gedişini müzakirə edəcək», - deyə DB-nın Bakı ofisindən bildirilib.
Nümayəndə heyətinin Azərbaycana səfəri yanvarın 22-dək davam edəcək.
Qeyd edək ki, ötən ilin dekabr ayında Azərbaycan hökuməti ilə DB arasında «Azərbaycanda magistral avtomobil yollarının yenidən qurulması - II» layihəsi üçün əlavə 300 mln. ABŞ dolları məbləğində vəsaitin ayrılmasına dair kredit sazişi imzalanıb.
Xatırladaq ki, Azərbaycan DB ilə 1992-ci ildən əməkdaşlıq edir. Ötən müddət ərzində bank Azərbaycana 2 mlrd. dollardan artıq maliyyə yardımı göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR