Bank Of Baku

«Azər-Türk Bank»ın aktivləri 2008-ci il ərzində 33% artıb

«Azər-Türk Bank»ın aktivləri 2008-ci il ərzində 33% artıb
# 06 yanvar 2009 07:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azər-Türk Bank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin yanvar ayının 1-nə 45,783 mln. manat təşkil edib ki, bu da ötən ilin yanvarın 1-nə olan analoji göstəricidən 32,7% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 21,1% artaraq 25,958 mln. manata, o cümlədən istehlak kreditləri 52,6% artaraq 8,628 mln. manata çatıb. Bankın depozit portfeli 47,2% genişlənərək 30,755 mln. manat, o cümlədən əhalidən cəlb edilmiş əmanətlərin həcmi 1,44% genişlənərək 11,378 mln. manat olub. Həmçinin, bankın məcmu kapitalı 6,1% artaraq 12,333 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 10 mln. manat təşkil edib.
Qeyd edək ki, ötən il ərzində bankın gəlirləri 34,8% artaraq 7,385 mln. manata, xərcləri isə 31,7% artaraq 4,544 mln. manata çatıb. Nəticədə, «Azər-Türk Bank» SKB-nin mənfəəti son bir ildə 40,2% artaraq 2,842 mln. manat, xalis mənfəəti isə 39,5% artaraq 2,194 mln. manat olub.
Bundan başqa, bank bu dövr ərzində əlavə 1 filial, 1 mübadilə məntəqəsi və 6 POS-terminal quraşdırıb.
Xatırladaq ki, «Azər-Türk Bank» SKB 1995-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda Türkiyənin «Ziraat Bankası» (46%), «Ziraat Bank İnternational AG» (4%) və Azərbaycanın «Aqrarkredit» bank olmayan kredit təşkilatı (46%), «Turanbank» ASC (4%) çıxış edir. Hazırda bankın respublika üzrə 3 filialı, 3 bankomatı, 3 mübadilə məntəqəsi və 8 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR