Bank Of Baku

Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankının növbəti illik toplantısında iştirak edəcək

Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankının növbəti illik toplantısında iştirak edəcək
# 06 yanvar 2009 07:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin may ayının 15-16-da Londonda (Böyük Britaniya) Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) səhmdarlarının növbəti illik toplantısı keçiriləcək.
AYİB-in Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, iclasda Avropa Bankının son 10 il ərzində regiondakı fəaliyyəti, dünyada zəifləyən iqtisadi artım tempinin regiona mümkün təsiri, dünya maliyyə böhranı, Bank tərəfindən sərt maliyyə bazarı dövründə kapitalın həcmi və bir sıra digər məsələlər müzakirə olunacaq.
«Azərbaycanı bu tədbirdə AYİB-in ölkə üzrə rəhbəri, iqtisadi inkişaf naziri Şahin Mustafayevin təmsil edəcəyi gözlənilir», - deyə AYİB-in Bakı ofisindən bildirilib.
Xatırladaq ki, AYİB-in səhmdarlarının illik toplantısı sonuncu dəfə Kiyevdə (Ukrayna) keçirilib.
Qeyd edək ki, Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Bu günə kimi AYİB Azərbaycanda ümumi dəyəri 1 mlrd. ABŞ dollarıından artıq olan 50-dən çox investisiya layihəsi imzalayıb. Bank əsas diqqətini dayanıqlı maliyyə sektorunun inkişaf etdirilməsi, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi və qeyri-neft özəl sektorunun inkişaf etdirilməsinə yetirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR