Bank Of Baku

Azərbaycanda əhalinin bank əmanətlərinin həcmi son bir ildə 32% artıb

Azərbaycanda əhalinin bank əmanətlərinin həcmi son bir ildə 32% artıb
# 06 yanvar 2009 08:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında əhalinin yerləşdirdiyi əmanətlərin həcmi 2008-ci ilin noyabr ayında 14,1 mln. manat artaraq dekabrın 1-nə 1 808,1 mln. manat təşkil edib. Azərbaycan Milli Bankından (AMB) «APA-Economics»ə verilən məlumatına əsasən, son bir il ərzində əhalinin əmanətlərinin həcmi 32,2%, ilin əvvəlindən isə 23,1% artıb.
Əmanətlərin həcminin strukturunda 967,5 mln. manatı milli valyutada, 840,6 mln. manatı isə xarici valyutada yerləşdirilən əmanətlər təşkil edib. Eyni zamanda, əhali tərəfindən 1 399 mln. manat həcmində müddətli depozitlər yerləşdirilib və bu kateqoriyadan olan əmanətlərin xüsusi çəkisi 77,4%-ə bərabərdir.
Qeyd edək ki, dünya maliyyə böhranı nəticəsində, xüsusən də onun əhaliyə psixoloji təsiri səbəbindən əmanətlərin azalacağı ehtimalları Azərbaycanda narahatlıq yaratmışdır. Belə ki, oktyabrda müşahidə olunan azalmanın əsas səbəbi banklar tərəfindən kreditləşməni məhdudlaşdırması nəticəsində bəzi iri sahibkarlar tərəfindən öz əmanətlərini biznes məqsədləri üçün (investisiya formasında) istifadə etməyə başlayıb. Lakin dekabrın 1-nə olan məlumatlar göstərir ki, əmanətlərin artım tendensiyası davam etməkdədir. Lakin bank kreditləşməsindəki məhdudiyyətlərin hələ də aradan qalxmaması əmanətlərin azalması ehtimallarını qüvvədə saxlayır. Buna baxmayaraq, qeyd olunan fonda əmanətlərin həcminin artması müsbət hal kimi qiymətləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR