Bank Of Baku

Azərbaycanda bankların xarici öhdəlikləri azalmağa başlayıb

Azərbaycanda bankların xarici öhdəlikləri azalmağa başlayıb
# 06 yanvar 2009 08:56 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəlikləri 2008-ci ilin dekabr ayının 1-i vəziyyətinə 2 044,7 mln. manat təşkil edib. Azərbaycan Milli Bankından (AMB) «APA-Economics»ə verilən məlumata əsasən, son bir il ərzində bankların xarici öhdəliklərinin həcmi 3,2 dəfə, ilin əvvəlindən 2,1 dəfə artığı halda, noyabr ayında 5,1% və ya 110,5 mln. manat azalıb.
Qeyd edək ki, ötən ilin fevral ayında da 10,4 mln. manat məbləğində kiçik azalma müşahidə olunub, lakin noyabrda baş verən azalma həcm baxımından daha ciddi əhəmiyyətə malikdir. Çünki son zamanlar dünya maliyyə böhranı səbəbindən Azərbaycan banklarının xarici öhdəliklərinin iri həcmdə olması problemi kəskin aktuallaşıb. Eyni zamanda, həm banklar, həm də AMB tərəfindən bəyan edilib ki, böhrana baxmayaraq, bank sektorunda xarici öhdəliklərin ödənilməsində heç bir problem yoxdur. Noyabrda xarici öhdəliklərin həcmində müşahidə olunan azalma bankların bu sahədə daha sağlam siyasət apardığını göstərir. Həmçinin etiraf olunmalıdır ki, xarici öhdəliklərin azalması öhdəliklərin ödənilməsi və yeni öhdəliklərin cəlb eilməməsi səbəbindən baş verir. AMB-nin bankların xarici öhdəliklərlə bağlı mövqeyi və dünya maliyyə böhranını nəzərə alaraq, bank passivlərinin bu təsnifat qrupunda azalmanın bundan sonra da davam edəcəyini proqnozlaşdırmaq mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR