Bank Of Baku

«Debut Bank» satışa çıxarılıb

«Debut Bank» satışa çıxarılıb
# 06 yanvar 2009 09:00 (UTC +04:00)
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bankın səhmlərinin satışı ilə bağlı artıq iki maliyyə qurumuna təklif göndərilib. Belə ki, bu maliyyə qurumlarından biri Fransanın investisiya təşkilatı, digəri isə Azərbaycanın kommersiya banklarından biridir. «Debut Bank»dan bildirilib ki, satış prosesinin gedişi konfidensial saxlandığına görə, hər iki təşkilatın adı açıqlanmır.
Xatırladaq ki, təsisçisi bir neçə fiziki şəxs olan «Debut Bank» ASC 1994-cü ildən fəaliyyət göstərir. Ötən ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 32,797 mln. manat, kredit portfeli 28,294 mln. manat, depozit portfeli 1,286 mln. manat, məcmu kapitalı 11,121 mln. manat, o cümlədən nizamnamə kapitalı 8,750 mln. manat təşkil edib. Bankın respublika üzrə 7 filialı, 7 bankomatı və 82 POS-terminalı və 27 mübadilə məntəqəsi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR